Dollarla bağlı mühüm açıqlama “Manatın məzənnəsi…”

28.05.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda ingilis funt-sterlinqi manata nisbətdə bahalaşıb-ucuzlaşır. Eyni tendensiya avro ilə bağlı da müşahidə olunur, lakin ABŞ dolları stabilliyini qoruyur.

Bu vəziyyətin səbəbi nədir? Dolların qəfil bahalaşması ehtimalı varmı?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, funt-sterlinq və avronun manata nisbətən bahalaşması ABŞ dollarının stabilliyini qoruması ilə bağlıdır:

“Dollar qalxanda və ya düşəndə manatın məzənnəsi də dəyişir. Yəni, manatın avroya və funt-sterlinqə nisbətdə ucuzlaşmasının səbəbi dolların bu valyutalar qarşısındakı mövqeyidir. Hazırda dolların ucuzlaşma tendensiyası davam edir”.

Xalid Kərimli

İqtisadçı bildirib ki, dollarla bağlı proseslər əsasən ABŞ-ın iqtisadi vəziyyəti ilə bağlıdır və Azərbaycanla birbaşa əlaqəsi yoxdur:

“Dolların qəfil bahalaşması gözlənilmir və hazırda belə bir risk yoxdur. Lakin gələcəkdə müxtəlif ssenarilər mümkündür”.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью