Dollarla bağlı VACİB XƏBƏR avroya...

13.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Dolların bahalaşması davam edir və avro dollar qarşısında 1,0208 səviyyəsinə düşüb. Bu göstərici 2022-ci ilin noyabrından bəri ən aşağı göstəricidir.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ iqtisadiyyatının digər ölkələrdən güclü olduğunu göstərən qeyri-kənd təsərrüfatı məşğulluğu məlumatları dolların digər valyutalara qarşı möhkəmlənməsinə səbəb olub.

Dollar indeksi 0,22 faiz artaraq 109,91-ə yüksəlib, bu da 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir. Avro ilə yanaşı, sterlinq də dollar qarşısında 14 ayın ən aşağı səviyyəsinə düşüb və 1,2138-ə enib.

Eyni zamanda, yen qarşısında dollar 0,18 faiz ucuzlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью