Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Milli valyutaya inam artmaqda davam edir".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, son bir ildə əmanətlərin dollarlaşması rezident fiziki şəxslər üzrə 3,3% bəndi azalaraq 25,7%-ə, qeyri-rezident fiziki şəxslər üzrə isə 5,7% azalaraq 54,6% səviyyəsinə düşüb.
Günay Şahmar, Bizim.Media