Dollarla kredit alanların sayı 16.6%ə qədər azalıb

03.12.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bu ilin 1 oktyabr tarixinə ümumi kredit portfeli (bank və qeyri-bank kredit təşkilatları) 18.5% artaraq 28.4 mlrd. manata çatıb.

Sentyabr ayının sonuna kredit portfelinin tərkibində uzunmüddətli kreditlərin payı ötən ilin sonundan bəri 82.9%-dən 83.9%-ə artıb.

"Cebheinfo.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, dövrün sonuna uzunmüddətli kreditlərin həcmi 23.8 mlrd. manat olmuşdur. Qısamüddətli kreditlərin payı isə bu dövrdə 17.1%-dən 16.1%-ə azalmışdır. Dövrün sonuna qısamüddətli kreditlərin həcmi 4.6 mlrd. manat təşkil etmişdir. Vaxtı keçmiş kreditlər nəzərə alınmadan iqtisadiyyata kredit qoyuluşları hesabat dövründə ticarət və xidmət sahəsi üzrə 14.1%, sənaye və istehsal sahəsi üzrə 80.1%, inşaat və tikinti sahəsi üzrə isə 6.3% artıb.

2024-cü ilin 9 ayında kreditlərin dollarlaşma səviyyəsində azalma meyli davam edib. Hesabat dövründə manatla kreditlər 21.2%, xarici valyutada isə 6.3% artıb. Xarici valyutada olan kreditlərin cəmi kreditlərdə payı 2 faiz bəndi azalaraq sentyabrın sonuna 16.6% təşkil edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью