Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Amerikalı məşhur kantri müğənnisi Dolli Partonun ölümündən əvvəl xərçəng xəstəliyinə görə eksperimental müalicə aldığı məlum olub.
Axşam.az xəbər verir ki, bu barədə sənətçinin kiçik bacısı Stella Parton sosial şəbəkədə paylaşım edib.
Stella bacısının həyatı boyu tanıdığı ən səxavətli, düşüncəli və mehriban insanlardan biri olduğunu bildirib. Onun sözlərinə görə, Dolliyə xərçəng diaqnozu qoyulduqdan qısa müddət sonra müğənni gələcəkdə xərçəng xəstələrinin müalicəsinə kömək etmək məqsədilə eksperimental tibbi müalicədə iştirak etməyə razılaşıb.
“Bu yaxınlarda mənə dedi ki, hətta heç bir ümidi olmasaydı belə, gələcəkdə başqalarına kömək etmək ümidi ilə tibbi heyətə onun üzərində eksperimental dərmanları sınaqdan keçirməyə icazə verərdi. Bacım həmişə başqalarını düşünürdü” deyə, Stella yazıb.
Qeyd edək ki, 80 yaşlı Dolli Parton avqustun 25-də Neşvildəki Vanderbilt Universitetinin tibb mərkəzinə yerləşdirildikdən sonra vəfat edib. Müğənni son günlərində xərçəng xəstəliyi ilə mübarizə aparırdı.