Dolu Daşkəsəndə fəsadlar törətdi

12.06.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Daşkəsən rayonuna yenidən dolu yağıb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, rayonun Əmirvar kəndinə dolu ilə müşayiət olunan leysan da yağıb. İri diametrli dolu sakinlərin fərdi yaşayış evlərinin dam örtüyünə və fərdi avtomobillərə ziyan vurub.

Bundan başqa çaylardan sel keçib. Sel Quşçu kəndinə yenidən ziyan vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью