Domeniko Tedesko: Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq

26.11.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasında "Ferencvaroş"la oyun öncəsi mətbuat konfransında açıqlama verib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının son oyunlarda ardıcıl erkən qollar buraxaraq geriyə düşməsindən narazıdır:

“Mən də matçın əvvəlində 2:0 geriyə düşmək istəmirəm. Bu artıq iki dəfə baş verib. Öndə başladığımız, qapımızı toxunulmaz saxladığımız matçlar da olub. Amma böyük komanda olmaq, liderlik uğrunda mübarizə aparmaq istəyiriksə, daha az qol buraxmalıyıq. Buraxdığımız bəzi qolların müdafiə oluna biləcək tərəfi yoxdur. Bir neçə fərqli faktorun üst-üstə düşməsi ilə baş verdi. Mən də istəmirəm ki, komanda 2:0 geri düşsün. Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq. Amma hər oyunu 6:4 qazanacayıqsa, buna razıyam”.

Qeyd edək ki, sabah "Çobani stadionu"nda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Türkiyə futbolunda skandal: Futbolçu düşərgədən qaçdı "Fənərbaxça" - "Ferençvaroş" matçını ispaniyalı referi idarə edəcək "Real"da ciddi itki: "Olimpiakos"la oyunu buraxacaq Yamal və Rafinya zədədən qayıdıblar Palmer məşqlərə başlayıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью