Dominikan ABŞ yə məhdud hərbi giriş icazəsi verib

27.11.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dominikan Respublikası ABŞ-nin narkotiklərlə mübarizə əməliyyatları çərçivəsində ölkənin bir sıra qapalı hərbi və hava limanı zonalarından müvəqqəti istifadə etməsinə razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident Luis Abinader açıqlama yayıb.

Dövlət başçısı bildirib ki, ABŞ qüvvələrinin San-İsidro aviabazası və Las Amerika hava limanının qadağan olunmuş ərazilərindən istifadəsi yalnız “texniki və məhdud xarakter” daşıyır və məqsəd transmilli narkotik qaçaqmalçılığına qarşı daha sərt mübarizə aparmaqdır.

Bildirək ki, Karib hövzəsində ABŞ aktivliyinin artması regional gərginliyin fonunda Venesuela–Vaşinqton xəttində yeni tənqid dalğası yaradıb.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью