Dominikanadan uçuş zamanı 40 sərnişində norovirus əlamətləri

23.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

40 sərnişin norovirus əlamətlərindən şikayət edib. Almaniya hava limanında fövqəladə vəziyyət elan olunub.

Condor aviaşirkətinə məxsus iki təyyarənin Avropaya uçuşu zamanı 40 sərnişin norovirus əlamətlərindən şikayət edib. Sherg.az xəbər bu barədə Bild məlumat yayıb.

Hadisə Dominikan Respublikasının La Romana şəhərindən Almaniyanın Frankfurt şəhərinə həyata keçirilən reyslərdə baş verib. İki təyyarə Almaniyaya çatdıqdan sonra çoxsaylı sərnişinin xəstələnməsi ilə əlaqədar hava limanında fövqəladə vəziyyət elan edilib.

Həkimlər xəstələrə tibbi yardım göstərib, iki nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, daha əvvəl Caribbean Princess kruiz gəmisində də səbəbi müəyyən edilməmiş mədə-bağırsaq xəstəliyinin yayılması qeydə alınmışdı. Gəmidə 134 sərnişin və 14 ekipaj üzvündə qusma və ishal müşahidə edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью