Dominikanda gecə klubunda faciə: 79 ölü

09.04.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Mərkəzinin direktoru Xuan Manuel Mendes bildirib. Onun sözlərinə görə, dağıntılar altında qalan insanların axtarışları davam edir.
O qeyd edib ki, xilasedicilər son saatlarda sağ qalan tapmayıblar. Xəstəxanaya yerləşdirilənlərin sayı 150 nəfəri ötüb.
Bundan əvvəl Karib hövzəsi ölkəsinin Prezidenti Luis Abinader baş vermiş faciə ilə əlaqədar üçgünlük milli matəm elan edib. Respublikanın paytaxtının müxtəlif yerlərində insanların qan verdiyi donor mərkəzləri açılıb.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью