Dominikanda klubun tavanı çökdü, insanlarla insan öldü

08.04.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda yerləşən gecə klubunda tavanın çökməsi nəticəsində azı 27 nəfər, o cümlədən bir vilayət qubernatoru həlak olub, daha 134 nəfər yaralanıb.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Hadisə zamanı klubda neçə insanın olması barədə dəqiq məlumat yoxdur. Fövqəladə Hallar üzrə Əməliyyatlar Mərkəzinin rəhbəri Xuan Manuel Mendes bildirib ki, xilasedicilər hələ də dağıntılar altında qalan insanları xilas etməyə çalışırlar.

Dominikan Respublikasının Prezidenti Luis Abinader “X” sosial şəbəkəsində verdiyi açıqlamada ölənlər arasında Monte Kristi vilayətinin qubernatoru Nelsi Kruzun da olduğunu bildirib.

“Bu faciəyə görə dərin təəssüf hissi keçiririk. Hakimiyyət orqanları qurbanların xilas edilməsi üçün dayanmadan çalışır”, – deyə prezident qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью