Domino oynayan şəxslər 3 min manat cərimləndilər

23.09.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Goranboyda qumar oynayan şəxslər saxlanılıblar.

“Yeni Sabah” xəbər verir ki, şəhərin S.Civəzadə küçəsində yerləşən çay evində qeydə alınıb.

43 və 39 yaşlı şəxslərin həmin çay evində 60 qəpikdən domino (telefon) oynadıqları müəyyən olunub. Hadisə yerinə gələn polis əməkdaşları pul ilə domino oynayan həmin şəxsləri saxlayıb və barələrində müvafiq maddə üzrə protokol tərtib edib. Marqarita pizza

Çay evində saxlanılan şəxslərin oturduğu masada domino oyununda qumar kimi əldə olunan ümumilikdə 5 manat 70 qəpik, həmçinin 28 ədəd domino daşı aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər etdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza tədbiri seçilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə onların hər biri 3000 manat məbləğində cərimələniblər. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью