Dommaracu Qukeş dünya çempionu oldu

12.12.2024

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hindistanlı qrossmeyster Dommaracu Qukeş şahmat tacı uğrunda görüşdə çinli Din Lirenə qalib gələrək dünya çempionu olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, Sinqapurda təşkil olunan turnirin sonuncu - 14-cü oyununda rəqibini məğlub edib.

Yekunda Qukeş 7,5:6,5 hesablı qələbəyə sevinib.

Beləliklə, şahmatçı 18-ci dünya çempionu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью