Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

06.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Moskvanın Domodedovo və Jukovski hava limanlarında təyyarələrin qəbulu və buraxılması ilə bağlı məhdudiyyətlər tətbiq edilib.

APA xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Domodedovo və Jukovski (Ramenskoye) hava limanlarında onların qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Kaluqa və Saratov hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью