Don Toliverin konsertində sirli maddə panikası 12 mindən çox insan təxliyə edildi

23.11.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Mançesterdə amerikalı reper Don Toliverin konserti gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb.

Kulis.az xəbər verir ki, noyabrın 22-də “Co-op Live” arenasında keçirilən konsertin sonlarına yaxın tamaşaçıların arasında naməlum maddə yayılıb və bu, minlərlə insanın təxliyəsinə səbəb olub.

Mançester polisi əvvəlcə maddənin gözyaşardıcı qaz ola biləcəyini ehtimal edib. Hadisədən sonra fövqəladə vəziyyət elan olunub, təcili yardım briqadaları arenaya cəlb edilib. Rəsmi məlumata görə, 12 mindən çox tamaşaçı binadan çıxarılıb, 50-dən artıq insan tibbi müayinədən keçirilib. Bir nəfər isə xəstəxanaya aparılıb. Zərərçəkənlərin bəzilərində göz və tənəffüs yolları ilə bağlı narahatlıqlar müşahidə edilib.

Hələlik maddənin dəqiq nə olduğu və arenaya necə gətirildiyi məlum deyil. Polis hadisənin bütün təfərrüatlarını araşdırır. Bir musiqi gecəsinin kütləvi təxliyə ilə başa çatması isə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları Yeraltı küçə mədəniyyətinin 60 illik təkamülünü sənədləşdirən sərgi açıldı İranda həbs edilən rejissora dəstək - Tanınmış kino simaları və festivallar tərəfindən
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью