Donad Tramp Si Cinpin üçün 60 illik ənənəni pozacaq

23.09.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinin qarşılanması zamanı təqribən 60 ildir ki, əməl olunan protokolu pozacaq.

Bu barədə Bakıvaxtı.az "Financial Times" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Tramp Çin rəhbərini "Endryus" aviabazasında şəxsən özü qarşılayacaq.

Bildirilir ki, sonuncu dəfə belə hadisə 1962-ci ildə baş verib. O zaman Con Kennedi Böyük Britaniyanın Baş naziri Harold Makmillanı uçuş-enmə zolağında qarşılayıb. Qəzet vurğulayır ki, bu addım iki ölkə liderləri arasındakı münasibətlərdə tarixi an olmaqla yanaşı, Çin sədrinə göstərilən böyük hörmətin göstəricisidir.

Qeyd edək ki, Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-də səfərdə olacaq. Məlumata görə, Vaşinqton və Pekin süni intellekt sahəsində əməkdaşlığı və ticarət əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью