Donald Tramp ABŞ nin sursat ehtiyatlarının tükənməsi barədə məlumatları təkzib edib

06.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp bir sıra KİV-lər tərəfindən daha əvvəl yayımlanmış, Birləşmiş Ştatlarda silah ehtiyatlarının guya tükənməsi barədə məlumatı təkzib edib.

XQ xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" hesabında yazıb.

O bildirib ki, ABŞ əhəmiyyətli sursat ehtiyatlarına, xüsusən də onların ayrı-ayrı növlərinə malikdir, həmçinin onların istehsalını artırmağa davam edir.

D. Trampın sözlərinə görə, müdafiə şirkətləri ölkədə rekord sayda zavod və istehsal müəssisəsi inşa edir, sursat tədarükü isə zərurət yarandıqca həyata keçirilir:

"ABŞ-nin nəhəng sursat ehtiyatları, xüsusən də onların bəzi növləri üzrə ehtiyatları var. Bundan əlavə, zərurət yarandıqca böyük həcmdə sursat istehsal olunur və ABŞ-yə tədarük edilir. Müdafiə şirkətləri ölkəmizdə bütün tarix boyu rekord sayda zavod və istehsal müəssisələri inşa edirlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью