Donald Tramp: Atəşkəs planı sülhə doğru ilk addımdır

09.10.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail və HƏMAS Qəzzada atəşkəs planının birinci mərhələsi üzrə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, razılaşmaya görə, məhbusların azad edilməsi və humanitar yardımların bölgəyə daxil olması nəzərdə tutulur.

Belə ki, ABŞ prezidenti Donald Tramp razılaşmanı “əbədi sülhə doğru ilk addım” adlandırıb və Qətər, Misir, Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirib.

HƏMAS da bəyanatında müharibənin bitməsi və İsrailin Qəzzadan tam çıxarılmasını hədəflədiklərini vurğulayıb.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью