Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

22.09.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 22 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli ümumi müzakirələrində çıxışı zamanı Azərbaycan–Ermənistan sülh prosesinə toxunub.

AZƏRTAC xəbər verir ki, Tramp həllinə nail olduğunu bildirdiyi münaqişələr sırasında Azərbaycan ilə Ermənistan arasındakı uzunmüddətli münaqişəni də qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirib.

“Azərbaycan Prezidenti bildirdi ki, Prezident Tramp altı ay ərzində möcüzə yaradıb. Bu, heç kimin mümkün hesab etmədiyi əsl möcüzə idi”, – deyə ABŞ Prezidenti bildirib.

ABŞ Prezidenti əlavə edib ki, həllinə töhfə verdiyi münaqişələrdə iştirak edən ölkələrin demək olar hamısı ona təşəkkür məktubu göndərib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью