Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Tramp Çinin 2020-ci il prezident seçkiləri dövründə 220 milyon amerikalı seçicinin fərdi məlumatlarına qanunsuz çıxış əldə etdiyini iddia edib.
XQ xəbər verir ki, Prezident Donald Tramp Ağ Evdən televiziya vasitəsilə xalqa etdiyi növbəti müraciətində baş vermiş irimiqyaslı məlumat sızmasını "tarixin ən böyük seçki məlumatı təhlükəsizliyi böhranı" adlandırıb. Onun sözlərinə görə, qanunsuz müdaxilə nəticəsində seçicilərin adları, ünvanları, telefon nömrələri, siyasi partiya mənsubiyyətləri və digər həssas fərdi məlumatları Pekinin əlinə keçib. Tramp həmçinin xüsusi xidmət orqanlarını bu barədə məlumatları vaxtında təqdim etməməkdə və ictimaiyyətdən gizlətməkdə ittiham edib.
Çinin Vaşinqtondakı səfirliyi isə səsləndirilən bu ittihamları qəti şəkildə rədd edib. Diplomatik nümayəndəliyin sözçüsü Liu Çanq bəyan edib ki, rəsmi Pekin digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə hər zaman sadiqdir. Sözçü Çinin ABŞ-da keçirilən prezident seçkilərinə heç vaxt müdaxilə etmədiyini və gələcəkdə də belə bir niyyətinin olmadığını vurğulayıb.