Donald Tramp DÇ 2026 nın Təşkilat Komitəsinin rəhbəri olub

08.03.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-in prezidenti Donald Tramp DÇ-2026-nın Təşkilat Komitəsinin rəhbəri olub.

İdman.biz xəbər verir ki, o, ABŞ, Kanada və Meksikada keçiriləcək yarışa hazırlıq işlərinə başçılıq edəcək.

Tramp bu turnirin əhəmiyyətini qeyd edib: “Bizim ölkə üçün belə turnir keçirmək böyük şərəfdir”.

FİFA prezidenti Canni İnfantino Trampin Təşkilat Komitəsinə rəhbər keçməsinə biganə qalmayıb. O, ABŞ prezidentinə xüsusi hazırlanmış top bağışlayıb.

Qeyd edək ki, 2026-cı ilin iyunun 11-dən iyulun 19-dək keçiriləcək mundialda 48 komanda mübarizə aparacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью