Donald Tramp dialoq qapısını açır: İran həftələr sonra nüvə silahına sahib ola bilər

21.06.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İran-İsrail münaqişəsi ilə bağlı mühüm mesaj verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu dəfə İrana dialoq qapısını aralayıb.

ABŞ prezidenti deyib ki, Tehranla danışacaqlar: "İranla danışacağıq və bundan sonra nə olacağını görəcəyik. Qərar verməliyəm, amma indi heç nə deyə bilmərəm, şərtlərə görə qərar verəcəm. Hazırda İsrail çox yaxşı işlər görür. İran isə o qədər güclü deyil. Mənim üçün İbrahim razılaşmalarının həyata keçirilməsi daha önəmlidir"

Tramp daha sonra İranla danışıqların davam etdiyini bildirib və sensasion anons verib: "Bəli, biz İranla danışırıq. İran Avropa ilə (Dünən İran XİN başçısı Britaniya, Fransa və Almaniyalı həmkarları ilə Cenevrədə görüşüblər - Mia.az) danışmaq istəmir. Onlar, yəni, İran həftələr və ya aylar sonra nüvə silahına sahib ola bilər"

Lamiyə
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью