Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 sentyabr, AZƏRTAC “Vaşinqtonda etdiyim kimi cinayətkarlıq problemini həll edəcəyəm”, – deyə ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı “Truth Social” platformasında bildirib.AZƏRTAC xəbər verir ki, Donald Tramp sentyabrın 2-də ABŞ-ın şimalında yerləşən və “dünyanın ən təhlükəli şəhəri” adlandırılan Çikaqoda cinayətkarlığı “aradan qaldıracağına” söz verib.“Vaşinqtonda etdiyim kimi cinayətkarlığa son qoymağa hazırlaşıram”, – deyə o, özünün “Truth Social” platformasında yazıb.
Prezident bununla ABŞ paytaxtında federal hüquq-mühafizə orqanlarının yerləşdirilməsini nəzərdə tutub.ABŞ Prezidentinin Çikaqodakı ağır vəziyyət barədə açıqlaması son hadisələrin fonunda səslənib.
Tramp vurğulayıb ki, təkcə ötən həftəsonu Çikaqoda 54 nəfər güllələnib, daha 8 nəfər isə həlak olub.
Onun sözlərinə görə, əvvəlki həftəsonunda da oxşar mənzərə müşahidə olunub.Tramp administrasiyası Çikaqo, Nyu-York, Baltimor və Bostona federal polis və hərbçilər göndərməklə hədələyib.
Bazar günü amerikalı demokratlar Çikaqoya hərbi “müdaxilə” barədə xəbərdarlıq ediblər.İllinoys ştatının Demokratlar Partiyasından olan qubernatoru, respublikaçı-prezidentin açıq opponentlərindən biri olan C.
B. Pritsker Trampı qoşunların bu cür yerləşdirilməsi ilə 2026-cı ildə keçiriləcək aralıq seçkiləri pozmağa cəhd etməkdə ittiham edib.
Donald Tramp isə çərşənbə axşamı “Truth Social”da əlavə edib: “Pritsker köməyə çox möhtacdır, sadəcə, hələ bunu bilmir.” Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.