Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

15.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 15 iyun, AZƏRTAC

Bir çoxu neftlə yüklənmiş olan gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.

“Onlar tamamilə təhlükəsiz, etibarlı və səliqəli olan Cənub marşrutu ilə gedir. Hərəkət üçün başqa marşrutlar də var”,- deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью