Donald Tramp: İran rejimi ikiüzlüdür

03.08.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp sosial media platforması Truth Social vasitəsilə etdiyi paylaşımda Hörmüz boğazı və İranla bağlı sərt açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, İran boğaz üzərində nəzarətə malik olduğunu iddia etsə də, reallıqda Hörmüz boğazı tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir.

"Onlar yenə də həmişəki cəfəngiyatlarını danışaraq Hörmüz boğazına güclü şəkildə nəzarət etdiklərini iddia edirlər. Halbuki boğaz tamamilə ABŞ Hərbi Dəniz Qüvvələri və bizim 'blokadamız', bəzilərinin dediyi kimi isə 'Amerika Birləşmiş Ştatlarının Polad Divarı' tərəfindən idarə olunur", – deyə, Tramp yazıb.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton istəmədiyi müddətdə İrana heç bir yükün keçməsinə icazə verilməyəcək.

"Biz istəmədikcə İrana heç nə keçmir. Razılaşma və ya tam təslim olmadıqca heç nə keçməyəcək. İran bunu qəbul edib-etməməsindən asılı olmayaraq, biz onilliklər əvvəl yaranmış problemi həll edirik. Çox sadədir: İran heç vaxt nüvə silahına sahib olmayacaq", – deyə, Tramp vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью