Donald Tramp: İranın hərbi imkanları tükənir

03.03.2026

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

İranın hərbi imkanları azalır və ABŞ hərbi əməliyyatın ilk bir neçə günündən sağ çıxan bəzi İran rəsmiləri ilə əməkdaşlığa açıqdır.

Reyting.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı "Politico"ya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran daha bir müddət raket yerləşdirməyə və atmağa davam edə bilər.

Tramp əlavə edib ki, İranın "raket buraxıcıları tükənir" və raketlərini atmaq üçün yerləri yoxdur.

ABŞ prezidenti Vaşinqtonun "yeni İran hökuməti" ilə əlaqə saxlamağa açıq olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" qəzeti Trampın İranda ölkə hökumətini devirmək üçün silaha sarılmaq istəyən qrupları dəstəkləməyə hazır olduğunu bildirmişdi.

E. KAMAL


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью