Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməyə yaxın olması barədə artıq 37 dəfə açıqlama verib.
Redaktor.az xəbər verir ki, bu hesablamanı CNN telekanalı aparıb.
"O, bunu ən azı 37 dəfə edib. Tramp sosial şəbəkədəki paylaşımlarında, ictimai çıxışlarında və kütləvi informasiya vasitələri ilə telefon danışıqlarında məhz bu qədər dəfə razılaşmanın yaxın olduğunu açıq şəkildə bildirib və ya İranın bunu imzalamağa can atdığını iddia edib", - deyə telekanal məlumat yayıb.
Qeyd olunub ki, bu fikir ilk dəfə martın 23-də səsləndirilib. Sonuncu dəfə isə ABŞ rəhbəri iyunun 8-də Vaşinqton və Tehranın "yaxın iki həftə ərzində razılığa gələcəyini" bəyan edib.
"Tramp bu barədə danışmağa davam edir, çünki o ya yanılır, ya maliyyə bazarlarını sakitləşdirməyə çalışır, ya da bunu həyata keçirə biləcəyinə inanır", - deyə açıqlamada qeyd olunub.