Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 13 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində (Knessetdə) çıxış edib.
AZƏRTAC xəbər verir ki, Donald Tramp 2008-ci ildən bəri Knessetdə çıxış edən ilk ABŞ Prezidenti olub. O, oktyabrın 9-da İsrail və HƏMAS rəsmiləri arasında Qəzzada saxlanılan bütün girovların azad edilməsinə dair razılaşmanı elan etdikdən sonra Baş nazir Benyamin Netanyahudan dəvət alıb.
“Bu, mənim üçün böyük şərəfdir - böyük və gözəl gündür. Yeni başlanğıcdır”, -deyə Tramp Fəxri qonaqlar kitabında yazıb.
Knessetə daxil olan Tramp jurnalistlərə açıqlamasında həm də HƏMAS-ın tərk-silah planını həyata keçirəcəyini bildirib.
ABŞ Prezidenti oktyabrın 13-də səhər saatlarında İsrailə gəlib. Qəzza zolağında atəşkəs razılaşması oktyabrın 10-da günorta saatlarında qüvvəyə minib.