Donald Tramp İsrailə xəbərdarlıq edib

15.09.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


ABŞ prezidenti Donald Tramp Qətərə zərbələr endirdiyinə görə İsrailə xəbərdarlıq edib.
Reyting.az
-ın məlumatına görə, Amerika prezidentinin bəyanatını AFP agentliyi yayıb.
Tramp Qətəri ABŞ-ın “yaxşı müttəfiqi” adlandırıb. Agentlik isə Qətərdə ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazasının yerləşdiyini xatırladıb.
"Qətər çox yaxşı müttəfiq olub. İsrail və hər kəs diqqətli olmalıyıq. İnsanlara hücum edəndə diqqətli olmalıyıq", - o deyib.
Xatırladaq ki, İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi zərbə nəticəsində beş HƏMAS üzvü və bir Qətər təhlükəsizlik zabiti həlak olub.
ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью