Donald Tramp klublararası dünya çempionatının final oyununu stadionda izləyəcək

09.07.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ölkəsinin ev sahibliyi etdiyi klublararası dünya çempionatının final oyununu stadionda canlı izləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "NBC News" yüksəkvəzifəli administrasiya rəsmisinə istinadən məlumat yayıb.

Turnirin həlledici görüşü iyulun 13-də Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda keçiriləcək. Artıq finalın ilk iştirakçısı bəllidir. Yarımfinalda Braziliyanın "Fluminense" klubuna 2 cavabsız qolla qalib gələn İngiltərənin "Çelsi" komandası həlledici qarşılaşmaya vəsiqə qazanıb.

London təmsilçisinin finaldakı rəqibi bu gün keçiriləcək PSJ (Fransa) - "Real Madrid" (İspaniya) matçının qalibi olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью