Donald Tramp Makronu aşağıladı

25.02.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-e prezidenti  Donald Tramp bazar ertəsi Vaşinqtona səfər etmiş Fransa prezidenti Emmanuel Makronu iki dəfə alçaldıb və sonra onu Oval kabinetdə iş masasının yanında əyləşdirib.

Missiya.Az xəbər verir ki, “Daily Mail” saytında yerləşdirilən görüntülərdə Fransa prezidentinin Ağ Evin protokol rəhbəri Monika Krouli tərəfindən qarşılanmasından əvvəl Trampın rəsmi iqamətgahına qara avtomobillə gəldiyi görünür. Görüntülərdə Makronun Trampın masasının ən küncündə oturduğu, ABŞ prezidentinin isə ortada rahat oturduğu əks olunub. 

Qeyd edək ki, həmin danışıqlarda Donald Tramp Ukrayna prezidenti Zelenskinin ünvanına sərt tənqidi fikirlər səsləndirib və qeyd edib ki, silahlı münaqişəni Rusiya  deyil, Ukrayna başladıb. 

Bu səfərdən əvvəl Makron Trampa “Moskvaya əyilmək onun maraqlarına uyğun deyil” arqumentlərini təqdim edəcəyini bildirmişdi.  “Mən ona deyəcəyəm ki,  Putinin qarşısında zəif ola bilməzsən” deyə, Makron Trampa xitabən belə demişdi . 

Elcan

Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью