Donald Tramp NBA finalının 5 ci oyununa qatılmayacağını bildirib

09.06.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp NBA finalının 5-ci oyununu izləməyəcəyini açıqlayıb.

İdman.Biz bildirir ki, Tramp müharibə də daxil olmaqla bir çox vacib məsələ ilə məşğul olduğunu əsas gətirib.
NBA finalında “San Antonio Spörs” və “Nyu York Niks” qarşılaşırlar.

“Hazırda bir çox vacib məsələmiz var. Onlardan biri müharibədir”, - deyə “Basket News” Trampdan sitat gətirib.

Daha əvvəl Tramp Nyu-Yorkda “Madison Square Garden”də keçirilən seriyanın 3-cü oyununa qatılıb və “Spörs” 115:111 hesabı ilə qalib gələrək seriya fərqini 1:2-yə endirib.

Xatırladaq ki, NBA Finalının 5-ci oyunu 14 iyun bazar günü gecəsi San Antoniodakı “Frost Bank Center”də keçiriləcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью