Donald Tramp NBA finalının oyununu tribunadan izləyəcək

04.06.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın NBA-nın final seriyasının üçüncü oyununu tribunadan izləyəcəyi gözlənilir.

AZƏRTAC “The Athletic” nəşrinə istinadla xəbər verir ki, o, iyunun 8-də Nyu-Yorkdakı “Medison Skver Garden” arenasında keçiriləcək “Nyu-York Niks” – “San-Antonio Spörs” qarşılaşmasına tamaşaçı qismində qatılmağı planlaşdırır.

İddiaya görə, ABŞ Prezidentinin mümkün səfəri ilə əlaqədar arenada əlavə təhlükəsizlik tədbirləri görülüb. Tramp daha əvvəl də NBA finalının Nyu-Yorkda təşkil olunacaq matçlarından birini arenada izləmək niyyətində olduğunu açıqlamışdı.

ABŞ Prezidenti Şərq Konfransının final seriyasının beşinci görüşünü də canlı izləməyi planlaşdırırdı. Lakin “Nyu-York Niks” rəqibini dörd oyunda məğlub edərək finala yüksəldiyindən həmin matç keçirilməyib.

Qeyd edək ki, “Nyu-York Niks” final seriyasının ilk qarşılaşmasında “San-Antonio Spörs” üzərində qələbə qazanaraq hesabda önə keçib – 1:0.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью