Donald Tramp: Prezident Si ilə son dərəcə münasibətlərim var

04.02.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Apreldə Çinə səfərimi səbirsizliklə gözləyirəm.

AZƏRTAC-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında Çin lideri ilə telefon danışığı barədə məlumat verərkən belə deyib.

Tramp Çin lideri ilə uzun və hərtərəfli söhbətində bir çox sahələr üzrə əməkdaşlığın nəzərdən keçirildiyini qeyd edib. Tayvan məsələsi, Rusiya-Ukrayna müharibəsi, İrandakı mövcud vəziyyət də liderlərin müzakirə mövzusu olub.

“Prezident Si ilə son dərəcə yaxşı münasibətlərim var və hər ikimiz bu əlaqələrin nə qədər vacib olduğunu başa düşürük. İnanıram ki, prezidentliyimin növbəti üç ilində Prezident Si və Çin Xalq Respublikası ilə bağlı bir çox müsbət nəticələr əldə ediləcək”,- deyə Donald Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью