Donald Tramp: Putin və Zelenski ABŞ ın iştirakı olmadan danışa bilmirlər

15.09.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında danışıqlar ABŞ-ın iştirakı olmadan mümkünsüzdür.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə Ağ evdə jurnalistlərlə görüşündə deyib.

“Ukrayna və Rusiya liderləri bir-birinə o qədər nifrət edirlər ki, Vaşinqtonun vasitəçiliyi olmadan danışa bilmirlər”, – deyə Birləşmiş Ştatların dövlət başçısı bildirib.

O, həmçinin ABŞ-ın iştirakı ilə üçtərəfli görüşün yaxın zamanda baş tutacağını istisna etməyib.

“Biz bu məsələni bir şəkildə həll edəcəyik, özü də nisbətən yaxın zamanda”, – deyə Ağ evin rəhbəri vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью