Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ prezidenti Donald Tramp əgər ABŞ dövlət maraqlarından çıxış edərək dünyada müharibələri dayandırmaq istəyirsə, bunu ardıcıl proses kimi aparmalıdır.
Təbii ki, Rusiyanı dayandıracaq bir qüvvə varsa, o da Amerikadır.
Əgər Tramp “Putin yaxşı oğlandır” deyib siyasət yürütsə, təbii ki, Putin də onu necə deyərlər barmağına dolayacaq.
Baş verən proseslər ancaq bunu göstərib”. Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb.
Politoloq qeyd edib ki, son zamanlar Donald Tramp Rusiyaya və Putinə qarşı ritorikasını dəyişir: “Bu günlərdə Donald Tramp Vladimir Putini “ağılsız” adlandıraraq, onun odla oynadığını dilə gətirib, təhdid edir”.
Elşad Həsənov Politoloqun fikrincə, bütün baş verənlər bir daha sübut edir ki, Donald Tramp tez-tez fikrini dəyişən bir şəxsdir və bu xarakterinə görə, həm ölkə daxilində, həm ölkə xaricində apardığı siyasət ona uğur gətirməyəcək.
“Donald Tramp bu siyasətinə dava edərsə, ona qarşı impiçment hazırlayacaqlar və yaxud onu istəməyənlər ona qarşı sui-qəsd edib, aradan götürmək istəyəcəklər.