Donald Tramp qalib gəldi: geosiyasi müstəvidə nələr | Icma.az
Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Maraqlıdır, Donald Trampın hakimiyyətə gəlməsindən sonra geosiyasi müstəvidə nələr dəyişəcək?
Mövzu ilə bağlı AzVision.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Donald Trampın ABŞ prezidenti olduğu dövrdə izlədiyi xəttə və seçkiöncəsi verdiyi bəyanatlara, o cümlədən, respublikaçıların siyasi yanaşmalarına istinadən müəyyən təxminlər irəli sürmək mümkündür: "Ukrayna müharibəsində Rusiyanın mövqeyi güclənə, Kiyev “güzəştli sülhə” məcbur edilə bilər.
Respublikaçıların əvvəldən dəstəklədiyi xətt ABŞ-ın Ukraynaya yardımı azaltmasıdır və bu, cəbhədə onsuz da çətin vəziyyətdə olan Kiyev üçün riskli perspektiv vəd edir.
Təslim olmayan Zelenskinin dəyişdirilməsi ssenarisi də gündəmə gələ bilər, hərçənd, prosesin döyüş meydanından masaya keçməsi yaxın dövr üçün çətin görünür, əvəzində Ukraynada və Ukrayna ətrafında müharibəyə paralel olaraq, siyasi qarşıdurma güclənə bilər.
ABŞ tarixində ən bahalı seçkilər keçirilib Yaxın Şərqdə toqquşma daha da güclənə, İran ətrafında eskalasiya riskləri arta bilər.
Ağ Evdə olarkən İranla nüvə danışıqlarını ləğv edən Tramp Təl-Əvivin Tehrana qarşı siyasətinin əsas dəstəkçisidir.
İstisna deyil ki, İsrail İrana hücumlarını intesivləşdirə, Tehranı birbaşa müharibəyə cəlb etmək istiqamətində müəyyən nəticələr əldə edə bilər.
Tam oxu
Xəbəri oxu