Icma.az, Sherg.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çin ilə münasibətlərini əla qiymətləndirərək, Çin lideri Si Cinpinin ilin sonunda Birləşmiş Ştatalara səfər edəcəyini deyib.
AZƏRTAC xəbər verir ki, İsveçrədən ABŞ-a qayıdarəkən təyyarədə jurnalistlərə açıqlama verən Prezident Donald Tramp özünün də apreldə Çinə səfər planını bir daha bəyan edib. Donald Tramp Çin lideri ilə görüşü səbirsizliklə gözlədiyini bildirib və Si Cinpini möhtəşəm adam adlandırıb.
ABŞ Prezidenti Vaşinqtonun Pekinlə münasibətlərinin kəskin şəkildə yaxşılaşdığını, çünki Çinin Birləşmiş Ştatlardan yenidən çoxlu soya almağa başladığını bildirib. “Bu, fermerlərimizi və məni sevindirir”, - deyə Donald Tramp bildirib.
Qeyd edək ki, ötən ilin oktyabrında Cənubi Koreyanın Pusan şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Trampın görüşündə iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın normallaşdırılması ilə yanaşı, liderlərin qarşılıqlı səfərlərinə də dair razılıq əldə olunub. Güman olunur ki, Si Cinpin ABŞ-a dekabrda “Böyük 20-lər” (G20) qrupunun zirvə toplantısına qatılmaq üçün səfər edəcək.