Donald Tramp Siz avropalılara parazit demisinizmi? sualından özünü itirdi: Nədən bəhs etdiyini bilmirəm

18.04.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, dünən İtaliyanın baş naziri Giorgia Meloni rəsmi səfər çərçivəsində Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdən sonra jurnalistlərdən biri Donald Trampa ünvanlı “Siz avropalıların "parazit" olduğunu demisinizmi?", - sualı verib.

Sualı eşitməzliyə vurduğunu görən Giorgia Meloni Trampa üz tutub və ondan "Siz doğrudan avropalıların parazit olduğunu demisiniz?" - deyə soruşub.

Özünü itirən Tramp "Mən bunu heç vaxt belə söz deməmişəm. Nədən bəhs edildiyini belə bilmirəm", - deyə cavab verib.

Zülfiyyə Mustafayeva
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью