Donald Tramp tələbələri həbslə hədələyir

04.03.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


ABŞ prezidenti Donald Tramp tələbə etirazlarına icazə verən Amerika məktəblərinə, eləcə də universitetlərinə ayrılan federal maliyyəni kəsəcək. Tramp xəbərdarlıq edib ki, o, bu vədinə də əməl etmək fikrindədir.
Reyting.az
-ın məlumatına görə, Tramp qeyd edib ki, Federal maliyyənin dəstəyi ilə fəaliyyət göstərən bütün kollec, məktəb və universitetlərdə qeyri-qanuni etirazlara icazə verilərsə, istənilən kollecə, məktəbə və yaxud da universitetə maliyyə dəstəyi kəsiləcək.
Təşviqatçıların həbs ediləcəyini və yaxud da həmişəlik ölkələrinə göndəriləcəklərini bildirən ABŞ prezidenti daha sonra sosial şəbəkədə yazıb:
"Aksiyalara qoşulan amerikalı tələbələr qovulacaqlar və yaxud da törətdikləri cinayətlərə görə həbs ediləcəklər".
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью