Donald Tramp Ukrayna və Rusiya üzrə xüsusi elçisini seçdi

28.11.2024

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ən sadiq adamını Ukrayna və Rusiya üzrə elçi təyin edib. Bu barədə Fransanın "Le Monde" qəzeti Reuters agentliyinə istinadla məlumat verib. Həmin şəxs general Keyt Kelloqdur.

Bizimyol.info Fransa mətbuatına istinadən xəbər verir ki, Tramp "Truth Social" şəbəkəsindəki hesabında Kelloq haqqında belə yazıb: "O, əvvəldən mənimlədir! Biz birlikdə güc vasitəsilə sülhə nail olacağıq. Amerikanı və dünyanı yenidən təhlükəsiz edəcəyik!"

Ukraynaya milyardlarla dollar yardım ayırmış və hakimiyyətdən gedən Administrasiyasının qərarlarını sərt tənqid edən Donald Tramp, hələ yanvarın 20-də and içənə qədər hərbi əməliyyatları dayandıracağına söz verib. Ancaq bunu necə edəcəyini açıqlamayıb.

Keçmiş general Keyt Kelloq daha əvvəl Ağ Evin xarici siyasət kabineti olan Milli Təhlükəsizlik Şurasına qısa müddət sədrlik edib.

Seyid Əhmədli, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью