Donald Tramp xələfinin adını açıqlayıb

06.08.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


ABŞ prezidenti Donald Tramp özündən sonra prezident görmək istədiyi şəxsin adını açıqlayıb.
Reyting.az
xəbər verir ki, ABŞ lideri Tramp hələlik ününcü dəfə prezident seçilmək niyyətində olmadığını deyib və xələfinin kimliyinə işarə edib.
ABŞ prezidenti Tramp varisi kimi J.D.Vansı göstərib.
"Vans sizdən sonra Respublikaçılar Partiyasının namizədi olacaqmı?" sualına ABŞ prezidenti belə cavab verib: "Məncə, bu, çox böyük ehtimaldır. Ədalətli olmaq üçün, o, vitse-prezidentdir. Mən də düşünürəm ki, (dövlət katibi) Marko (Rubio) Vans ilə hansısa şəkildə bir yerdə, eyni komanda ola bilər. Təbii ki, bu barədə danışmaq hələ tezdir, amma o, yəqin ki, çox gözəl iş görür".
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью