Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp ABŞ-İran danışıqlarının ikinci raundunun gələn həftə baş tutacağını bildirib.
Reyting.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, Tramp bəyan edib ki, o, İrana qarşı 2025-ci ilin yayında ölkənin nüvə obyektlərinə zərbə ilə müqayisə oluna biləcək çox sərt addımların mümkünlüyünü istisna etmir.
ABŞ lideri deyib ki, təklif olunan razılaşma rədd edilərsə, İrana qarşı sərt addım atılacaq:
“Ya müqavilə bağlayacağıq, ya da keçən dəfəki kimi çox ciddi tədbir görməliyik”.
E. KAMAL