Donald Tramp yeni idxal rüsumlarını təsdiqləyib

01.08.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrlə yeni idxal rüsumlarını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, yeni qərara əsasən idxal rüsumları ölkədən asılı olaraq 15-41 faiz arası dəyişir. Gömrük sisteminin işini qura bilməsi üçün qərarın icrası avqustun 7-dək təxirə salınıb.

Əksər Avropa ölkələrinə 15 faiz rüsum tətbiq edildiyi halda, Serbiya üçün rüsum 35 faiz, İsveçrə üçün 39 faiz müəyyən edilib. Ən ciddi artımla isə Suriya üzləşib: 41 faiz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью