Icma.az, Baku.ws saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Cefri Epşteyn qalmaqalı ilə bağlı yayılan fotoları barədə danışıb. Tramp, Epşteynlə heç bir şəxsi əlaqəsinin olmadığını vurğulayıb.
BAKU.WS xəbər verir ki, tədbirlərdən birində jurnalistlərin suallarını cavablandıran Tramp, Epşteynə məxsus olduğu deyilən adaya heç vaxt səfər etmədiyini deyib.
Donald Tramp həmçinin yazıçı Maykl Volfu və Cefri Epşteyni hədəf alaraq, onların onun prezident seçilməsinin qarşısını almaq məqsədilə sistemli şəkildə hərəkət etdiklərini bildirib. Tramp bu prosesi "siyasi motivli sui-qəsd" adlandırıb:
"Mən nəinki, Cefri Epşteynlə dost olmamışam, hətta üstəlik ABŞ Ədliyyə Nazirliyi tərəfindən yeni açıqlanmış məlumatlara əsasən, Epşteynlə Maykl Volf adlı səfeh, yalançı bir müəllif mənə və ya prezidentlik postuma zərər vurmaq üçün əlbir olub".
Tramp bununla da radikal sonun ümid bəslədiyi arzuların puça çıxdığını və onların bəzilərini məhkəməyə verəcəyini bildirib.
"Bundan əlavə boş-boş danışmağı sevən bir çox insanlardan fərqli olaraq mən o iyrənc Epşteyn adasına heç vaxt getməmişəm. Amma bu korrupsiyalaşmış demokratların və onların donorlarının demək olar ki, hamısı orada olub" deyə ABŞ dövlət başçısı əlavə edib.
Qeyd edək ki, Cefri Epşteyn ən kiçiyi 14 yaşında olmaqla onlarla azyaşlı qıza qarşı cinsi zorakılıq və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə mühakimə olunurdu. O, 10 avqust 2019-cu ildə Nyu-Yorkun Manhetten bölgəsində yerləşən Metropolitan Həbsxanasındakı kamerasında ölü tapılıb. Rəsmi qurumlar Epşteynin ölümünün cinayət deyil, intihar olduğu qənaətinə gəlib.
İstintaq materiallarında Donald Tramp, Bill Klinton, Kevin Speysi, Maykl Cekson, Devid Koperfild, Alan Derşovits və Bill Riçardson kimi tanınmış şəxslərin adları çəkilib.