Donald Trampdan paylaşım: “İran tamamilə məğlub oldu“ FOTO

10.06.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Yaxın Şərqin zorakılığı" öldü!"

Moderator.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.

"İran ordusu tamamilə və mütləq şəkildə bir xaosdur. Onun böyük hissəsi, məsələn, hərbi dəniz donanması və hərbi hava qüvvələri artıq mövcud deyil - İran tamamilə məğlubiyyətə uğradı. İran ancaq danışır, lakin heç bir şey etmir. "Yaxın Şərqin zorakılığı" öldü!!! Onlar özləri üçün faydalı olan sazişin bağlanmasını çox uzatdılar, indi bunun hesabını ödəməli olacaqlar!!! Prezident Donald Tramp", - deyə paylaşımda bildirilib.

Həmçinin "Fox News" telekanalının məlumatına görə, Donald Tramp bəyan edib ki, İrana yeni zərbələr endirilməsi üçün əmr verməyə hazırdır.

Məlumata görə, ABŞ Silahlı Qüvvələri İranın elektrik stansiyalarına və körpülərinə hücum edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью