Donald Trampdan səs küylü bəyanat

27.03.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Beynəlxalq Olimpiya Komitəsinin (BOK) transseksualların qadınların yarışlarında iştirakına qoyduğu qadağanı öz xidməti kimi qiymətləndirib.

İdman.Biz xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.

“Kişilərin qadın idmanında iştirakını qadağan etmək qərarına görə Beynəlxalq Olimpiya Komitəsini təbrik edirəm. Bu, yalnız qadınları və qızları qorumağa yönəlmiş mənim güclü icra fərmanım sayəsində baş verir!”, - deyə Tramp yazıb.

2025-ci ilin fevralında Tramp transseksualların 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirakına icazə verməyəcəyini bildirmişdi.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью