Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Somalili hakim Ömər Əbdülqadir Artanın ABŞ-a buraxılmaması və DÇ-2026-dan kənarlaşdırılması geniş müzakirələrə səbəb olub.
QOL.az xəbər verir ki, "goal.com" nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə məsələyə belə münasibət bildirib:
"Yalnız uyğun və lazımi şəxslərin ölkəmizə daxil olmasını təmin etmək üçün əməkdaşlığımızı davam etdiririk".
Qeyd edək ki, Ömər Əbdülqadir Artan Mayamidə hava limanında ABŞ-a buraxılmayıb və təhlükəsizlik səbəbilə ölkəyə girişinə qadağa qoyulub. Nəticədə o, DÇ-2026 üçün hakim siyahısından çıxarılıb.
Xatırladaq ki, Artan 2025-ci ildə Afrikanın ən yaxşı hakimi seçilib və dünya çempionatında tarixə düşəcək ilk somalili hakim ola bilərdi. FİFA onun turnirdə iştirak etməyəcəyini təsdiqləyib.