Donald Trampdan xəbərdarlıq: 1 avqust son tarixdir

30.07.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaşinqton administrasiyasının avqustun 1-dən onlarla ölkəyə münasibətdə nəzərdə tutulan tariflərin tətbiqini təxirə salmayacağı məlum olub.

Oxu.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə öz "X" hesabında yazıb.

"Avqustun 1-nə təyin edilmiş son tarix dəyişməzdir və uzadılmayacaq. Bu, Amerika üçün vacib bir gündür", - deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, hələ ötən ay ABŞ rəhbərliyi böyük olmayan 150-ə yaxın ölkədən idxal edilən mallara 10-15%-lik rüsumları tətbiq etməyi planlaşdırdığını bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью