Donald Trampın Birləşmiş Krallığa səfərinin tarixi açıqlanıb

14.07.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

London, 14 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfəri 17-19 sentyabr tarixlərində baş tutacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bukinqem Sarayı rəsmi məlumat yayıb. Səfər çərçivəsində Prezident Tramp və birinci xanım Melaniya Tramp Kral III Çarlz və Kraliça Kamilla tərəfindən Vindzor qəsrində qəbul olunacaqlar.

Donald Tramp bu ilin aprelində səfərin sentyabrda planlaşdırıldığını qeyri-rəsmi şəkildə jurnalistlərə açıqlamışdı. Hazırda Bukinqem Sarayında bərpa səbəbindən ötən həftə Fransa Prezidenti Emmanuel Makronun səfəri də məhz Vindzor qəsrində baş tutmuşdu.

Bu, Donald Trampın Böyük Britaniyaya ikinci dövlət səfəri olacaq. O, 2019-cu ildə Bukinqem Sarayında rəsmi qəbul edilmişdi.

Sentyabrda keçiriləcək üçgünlük səfərin detalları yaxın günlərdə məlum olacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью